Beyləqan Gənclər Mərkəzində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rəsm sərgisi keçirilib

Beyləqan Gənclər Mərkəzinin müdiri Marat Əsgərovun və rəsm müəllimi Məmmədova Zərifə Kamran qızının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rəsm sərgisi keçirib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə rəssamlıq məktəbinin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə qonaqlar ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Qonaqlara gənc rəssamların ulu öndərə həsr olunmuş rəsm əsərləri haqqında ətraflı məlumat verilib.

Çıxış edənlər ümummilli liderin bütün fəaliyyəti dövründə rəssamlara göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Tədbirin sonunda fərqlənən şagirdlərə sertifikat və diplomlar təqdim edilib.

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: