Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərovanın təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra Ulu Öndərin həyat və fəaliyyətinə və Ümummilli Lider Heydər Əliyevin Beyləqan rayonuna səfərinə həsr edilən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, onun Beyləqan rayonuna səfərindən iştirakından, rayonun sakinləri ilə səmimi görüşlərindən danışıblar.


Tədbirdə çıxış edən AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışıb və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.
Sonda tədbir işirakçəları xatirə şəkili çəkdiriblər.
Sənan Tanrıverdiyev


