Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “ Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi “ adlı tədbir keçirilib.

Tədbirdə  millət vəkli Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,  Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məsləhətçisi Cəmilə Mirzəyeva, Kəlbəcər rayon Təhsil sektorunun əməkdaşı Xəqani Nadirov, məktəbin müəllim və şagird kontingeti ,Kəlbəcər ziyalısı Sabir Mirzəyev və digər qonaqlar iştirak etiblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru , şəhid bacısı Həqiqət Məmişova tədbiri açıq elan edərək Heydər Əliyevin keçdiyi tarixi yoldan ardıcıl olaraq danışıb.

Həqiqət Məmişova

Direktor bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Həqiqət Məmişova vurğulayıb ki, “mən dağ rayonu olan Kəlbəcər rayonundan qəbul imtahana gəlmişdim üç imtahan vermişdim  və axırıncı ,yəni , dördüncü imtahandan kəsilmə ehtimalım “konkursa” düşmə ehtimalım var idi . Bu vaxt imtahanın gedişi zaman həmin dönəmdə Mərkəzi komitənin katibi Heydər Əliyev o dönəm Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutu adlanan təhsil müəssisəsinə gəmişdi və mən Ümumi iderimizin sayəsind müəllimlik peşəsinə sahib oldum.” Bu gün müəllim işləməyimə görə Ulu Öndərə borcluyam.

Aqil Məmmədov

Tədbirdə çıxış edən Millət vəkli Aqil Məmmədov çıxışında 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin milli dövlətçiliyə yeni nəfəs gətirdiyini vurğulayıb: «Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Xalqımız dahi lider, fenomen şəxsiyyət, uzaqgörən dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyevin əziz xairəsini bu gündə dərin ehtiramla yad edir,hörmət və ehtiramını bildirir. Bu gün onun şah əsəri olan, güclü iqtisadi sütünlara malik Azərbaycan Ulu Öndərin siyasi varisi möhtərəm cənab prezident İlham Əliyev tərəfindən dahada inkişaf etdirilərək dünyada öz layiqli yerini tutmuşdur. 

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında bildirdi ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük sevgi və sevinclə qeyd edir.Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Böyük Lider Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Onun davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfər ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Beləliklə, 30 il işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu, hazırda üçrəngli Bayrağımız Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır.

Kəlbəcər rayon ziyalısı Sabir Mirzəyev və digər çıxış edənlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın tarixində, hərtərəfli inkişafında, ölkənin xaos və anarxiyadan xilasında, dünya birliyində öz layiqli yerini tutmasında müstəsna xidmətlərinin olduğunu qeyd ediblər

Məktəbin müəllimləri Ulu öndərin təhsilə və müəllimə aid dedyi məşhur kəlamlarını səsləndiriblər.

Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.

Məktəbin məzunu Ağazadə Cavidin və 10 –cu sinif şagirdi Nəcəfzadə Zəhranın çıxışı tədbir iştirakçılar tərəfindən xüsusi coşquyla alqışlanıb.

Sonda məktəbindirektoru,Murov dağda şəhadətə yüksələn şəhid Etibar Məmişovun bacısı, Həqiqət xanım Məmişova tədbur iştirakçılarına ğz minətdarləğını bildirib.Xanım direktor qeyd edib ki, hər zaman Ümummilli lideri Heydər Əliyevin xatirəsin anmağa borcumuzdur.

Bu xəbəri paylaşın: