Təbrik edirik:Rasət Tağıyev-  49

İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi günüdür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.

Bu bahar təravətli  yaz günündəAzərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (AVMVİB)  Xəzər rayon şöbəsinin sədri Rasət  Tağıyevin  may ayının 3- də dünyaya göz açdığı günüdür.Daima həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan     Tağıyev Rasət Ələkbər oğlunu  belə bir əlamətdar günü    munasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi,Fədai.az kollektivi,doğmaları, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rasət qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni  ilin  isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək xoşbəxt edəcək şəkildə keçsin.

    Tağıyev  Rasət Ələkbər oğlu  1974 -cü ilin may ayının 3- də İmişli rayonun   Yalavac kəndində ziyalı ailəsində anadan olub.

 1992-  ci ildə İmişli rayon Yalavac kənd  I.Səfərov adına tam orta məktəbi,  1998 -ci ildə isə  Bakı Dəmir yolu texnikomunu bitirib.

1992- 1996 — ci illərdə Azərbaycan Ordusunun Ağdam, Ağdərə və  Füzuli rayonları  ərazisində  yerləşən hərbi  hisələrində müddətli həqiqi hərbi xidmətə olub.

 O,Azərbaycan Respublikasının ərazi bütövlüyü (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib,1994 -cü ilin  sentyabr ayının 9- da isə  döyüş əməliyyatlarında   yaralanıb.

     Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin  tələblərinin  dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlir.

     O,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Xəzər rayon  şöbəsinin sədri vəzifəsini  n öhtəsindən layiqincə gələrək   kollektiv ictimaiyət,  müharibə veteranları, dost -tanış ,qohum- əqrəba   arasında  özünə layiq hörmət qazanıb

 Hərbi  və İctimai  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin,Korpus və Briqada  komandirlərinin, Xəzər Rayonun İcra Başçısının,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin bir sıra  Respublika  İctimai təşkilat sədirlərinin  müvafiq əmrləri ilə  xatırə medalları  və döş nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RASƏT!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Bu xəbəri paylaşın: