Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələrinə dair məlumatlara cavab verib.
Müdafiə Nazirliyindən bildirilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür.
Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.
Bu xəbəri paylaşın: