Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb,
258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.
Xatırladaq ki, ötən gün Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdı, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılmış və 9 nəfər vəfat etmişdi.