Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov,YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, Azərbaycan “SAVAT” Federasiyasının prezidenti, əməkdar məşqiçi Rafiq Əliyev, şair Yusif Hüseyn,gənc fəal Anar Sarıyev, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Abşeron rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər.Daha sonra mərkəzdəki eksponatlara baxış keçirən iştirakçılar Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ulu Öndərin tarixi xilaskarlıq missiyasından, xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrdə inkişafa nail olunmuş, ölkədə ictimai sabitlik bərpa edilmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.Rayon rəhbəri xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
YAP Veteranlar şurasının üzvü, Professor Şahlar Əsgərov çıxışında 1988-1992-ci illərdə Azərbaycanın keçirdiyi ağır və böhranlı dövrü xatırladıb. O, 91 nəfər ziyalı ilə birlikdə ulu öndər Heydər Əliyevə müraciət etdiklərini və dahi liderin xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.Ş. Əsgərov Ümummilli Liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətləri, uğurlu daxili və xarici siyasəti, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Millət vəkili Aqil Məmmədov çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixindəki əvəzolunmaz xidmətlərindən danışıb.Bildirib ki, Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.Bu gün Ulu öndərin siyasi kursu Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz sürətlə inkşaf edir ,böyük nailiyyətlər, Zəfərlər əldə edir.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev cıxış edərək bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Əminliklə söyləmək olar ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Daha sonra çıxış edən Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, Azərbaycan “SAVAT” Federasiyasının prezidenti, əməkdar məşqiçi Rafiq Əliyev, şair Yusif Hüseyn və gənc fəal Anar Sarıyev Ulu Öndərin Azərbaycana birinci və ikinci hakimiyyəti zamanı əldə olunan tarixi naliyyətlərdən, müasir, müstəqil Azərbaycanı ən ağır sınaqlardan üzüağ çıxararaq qüdrətli Azərbaycana çevirməsindən söz açıblar.Natiqlər qeyd ediblər ki, müasir, müstəqil Azərbaycan Respublikasının qazandığı hər bir uğurun təməlində Ulu Öndərin duhası,onun siyasəti dayanır.
Heç kimə sir deyil ki, bu gün Ulu Öndərin siyasi kursu mahiyyət və keyfiyyətcə müasir dövrün tələblərinə uyğun şəkildə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan tərəfindən uğurla aparılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər çalmış, xalqımız qalib xalqlar sırasında özünə yer tutumuşdur, eyni zamanda beynəlxalq aləmin diqqət mərkəzində olaraq, regionun lider dövlətinə çevirilmişdir. Çıxışlarda vurğulanıb ki, nə qədər Azərbaycan var Ümumilli Lider Heydər Əliyev var və onun əbədiyaşar idealları Azərbaycanımızı dahada gücləndirəcək, xoşbəxt gələcəyə aparacaqdır.
Tədbirin sonunda əməkdar müəllim, qabaqcıl təhsil işçisi Hüseyn Şahbəndəyev YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edildi.