Bozbaşımızı yeyib erməniyə qardaş olanlar

На изображении может находиться: 1 человек

Xaqani Ədəboğlu

Youtube-də baxdığım bu videolar yadıma Mərkəzi Hərbi hospitalda yatdığım 1992-ci ilin iyun ayını saldı…

Öncə məlumat üçün bildirim ki, bizim 7 saylı palatanın özəl qanunları və qaydaları vardı. Ən intizamlı və təmiz palata bizimkiydi. Ona görə də cərrahiyyə şöbəsinin tibbi-sanitar işçiləri belə problem olan kimi bizə müraciət edirdilər. Dəyərli hərbi-cərrah Sadir Qulamov müharibə görmüş və bu yaraları Əfqanıstanda sarımış, çox bacarıqlı bir həkim kimi hər kəsin rəğbətini qazanmışdı. Özəlliyimiz ondaydı ki, palatada yatan yaralılar qardaşlaşmışdı. Eyni sözü deyib, əməl edərdik. Birinin ağrısını bölüşərdik. Qolu olmayan, əli olmayana, ayağı kəsilən, gözünü itirənə təsəlli verərdi. Bizi öncə Vətən, sonra da aldığımız yaralar birləşdirmişdi. Hamımız dərd ortağıydıq. III Cərrahiyyə şöbəsinin 7-ci palatası…

Sadir Qulamov Ağdama ezam olunmuşdu. Mənim qalan barmaqlarımdan birinin ucu qaralıb qanqrena verməyə başladı. Onu Əliyev adlı terapevt əvəzləmişdi. Ona desəm də maz qoyub sarıyırdı və deyirdi ki, vallah mən cərrah deyiləm. Gecələr yatmaq mümkün deyildi. Dəhşətli sümük ağrılarıma tez-tez palata dostları şərik olurdular. Amma dözülməz ağrılar içində, yanan siqareti qalmış barmağımın ucundakı qaralmış yerə basırdım. Hissiyyat yox idi. Dostlar xatırlayar. Həmin gün Sveta xanım növbətçi idi. Gecə saat 2:00-da ordinator otağında onu yuxudan oyatdım. Dedim sarğı otağını aç, əlimi sarıyaq. O, xatirimi istədiyinə görə dinməzcə açarlarrı götürüb otaqdan çıxdı. Sarğı otağında ondan soruşdum ki, Qulamov bu barmağı hansı alətlə kəsərdi? Onu mənə ver. Etiraz elədi, amma dedim ki, artıq dözmək mümkün deyil, cərrahlar da Ağdamdan 10 günə gələcəklər. Sən alətləri gətir, sənlik bir şey yoxdur. O, kəlbətinə bənzər iki aləti spirtlə silib masaya qoydu. Hiss elədiyim yerdən barmağımı kəsdim. Baxdım ki sümük görünür. Onu da çəkən kimi çıxdı. Bunu heç bir iynə vurmadan elədim. Sorakı prosesləri Sveta xanım həyata keçirdi. Yaranı təmizlədi. Maz qoyub bağladı. Dəhşətli ağrılar o dəqiqə kəsildi. Azca kəsilən yerdə ağrılar qalmışdı. Neçə gün yuxusuz qaldığım üçün başımı yerə qoyan kimi yatdım və səhərisi gün bunu çarpayı qonşularım Bəhmən Qurbanova və Asəf Əliyevə danışdım. Sonralar bir yaralı ilə məzələnən Bəhmən Qurbanov demişdi ki, ora — bura getmə, bu adam özü cərrahdı. Məhrəbanın üstünə də zarafatla bıçaq yığanda, dedim ki, çəngəllə qaşıq yadından çıxmasın. Adını unutduğum döyüşçü qardaşımız Bəhmənin onunla zarafat etdiyini anladı. Həmin gün mənm o ağrılardan azad olmağımı «yuyurduq». Təşkilatçı Bəhmən Qurbanov idi. Yeyib içdikdən sonra adətimiz üzrə süfrəni yığışdırmağa hazırlaşarkən birdən Bəhmən Qurbanov dedi:

— Uşaqlar, birdən mən desəm ki, erməniyəm, mənə neyləyərsiniz, məni bağışlayarsınızmı?

Xatırladım ki, Bəhmən Qurbanov ordumuzun yaranmasında iştirak etmiş ilk könüllülərindəndi və Xramort kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüşdə idarə etdiyi BMP-də minaya düşmüşdü. Bədəninin çox hissəsi zirehli maşında yansa da, oradan özü çıxmış və uzaq bir məsafəni sürünə-sürünə öz əsgərlərimizin mövqeyinədək gələ bilmişdi. Aylarla həyat uğrunda mübarizə aparmış bir qəhrəman döyüşçümüzdü. Doğrusu, palata yoldaşlarımız, düşünüb aylardır ki, eyni süfrədən çörək yediyimizi deyərək, onu bağışlayacaqlarını bildirdilər. Demək olar ki, fikirlər eyni idi. Növbə mənə çatanda dedim ki, yediyiizə nahar deyərəm və səni birgə nahar etdiyimizə görə iti bir bıçaqla qətlə yetirərəm. Düşünmədən bu işi görərəm…

Aradan illər ötüb. Bizim palatdan təkrar döyüşə yollanan Tahir və Əmran şəhid oldular. Asəf Əliyev (hazırda Qazilər Birliyinin sədridir) təkrar döyüşlərdə iki dəfə yaralanmışdı. Özü də əlilliyi ola-ola döyüşə yollanmışdı. Allah şəhidlərimizə rəhmət eləsin və veteranlarımıza uzun ömür versin. Döyüşçülər xalqın bağrından çıxıb. Bizim xalq rəhmdildir, şərəflidir və sədaqətlidir. Bu cavab, çörəyə və dostluğa olan sədaqət hissindən doğan cavabdı. Amma bu hissləri yalnız öz millətimizə və xalqımıza bəsləmək lazımdır. Atalarımız demişdi: «Donuz dərisindən post olmaz, ermənidən dost olmaz!». Biz unutduq. Mövzu Vətən və düşmən olunca, Vətəni yaşatmaq naminə, düşməni öldürməyə məcbursan. Bəlkə də mən yanlışam?

Sonradan rəhmətlik Etimad Əsədov da bizim palataya köçdü. Rəhmətlə anıram.

Qalanlara salam olsun!

Ded, bu videolarda qoyulan suala verilən cavablarda isə bir -neçəsinin üzündə və məzmunsuz gözlərində biqeyrətlik oxudum. Dəhşət orasındadır ki, «Sizi evlərinizdən çıxaranı, siz də çıxarın!» -əmri verən bir dinin «yetimçə» dindoşları, asanca erməniylə qardaş olmaq arzusuyla içimizdə böyüyüblər. 30 min gəlinin qara çıxmış üzləri bir də qara olsun. Sünnüsü şiəsinə və ya əksinə, hələ də qardaş demədiyi halda bu «yetimçələr» erməniylə qardaşlaşacaqlarmış. Allah bəlanızı versin. Bunca dəhşətlərdən və ən azı Xocalı soyqırımından sonra köpəyə qardaş deyə biləcək bircə nəfərin içimizdə olması milli faciədir.

Peyğəmbər soyundan olması bilinən Əhməd Yasəvidən bir gün kim olmasını soruşurlar. Böyük alim Yasəvi deyir: «Mən türkəm və müsəlmanam!» Soruşan adam onun müsəlmanlığını şübhə altına alacaq bir tərzdə bir də soruşur: «Niyə türklüyünü birinci söylədin?» Yasəvi o nadan xurafatçıya deyir: » Mənə bu türk olmağı Allah verib. Müsəlmanlığı isə peyğəmbərdən (s) almışam. Sizcə bunlardan hansı böyükdür, Allah, yoxsa peyğəmbər (s)?» Sual verən xurafatçı nadan pərt halda oranı tərk etmişdi.

O videoları sizlərə təqdim edirəm. Özünüz qiymət verin və düşünün. Biz öncə düşünməyi öyrənməliyik!

Bir də DED (Bəhmən Qurbanov), o zarafatla Vera İvanoviç (Vera İvanovna) dediyin, o vaxtlar bütün yaralıların əziyyətini çəkən sanitar-xadimə bu cür gədələdən min dəfə qeyrətli imiş.

Ded, o sualı bir daha vermə, çünki sənin tükdən dırnağacan bir Vətən fədaisisən…

Bu xəbəri paylaşın: