İsrail orbitdən İranı izləyəcək

İsrail İranın dağıdıcı nüvə fəaliyyətini izləmək məqsədilə yeni peykini orbitə buraxıb.

İsrail Müdafiə Nazirliyi bildirib ki, İsrail yeni nəsil Ofek-16 kəşfiyyat peykini orbitə buraxıb.

Nazirliyin məlumatında deyilir: “Bu gün İsrail Müdafiə Nazirliyi İAİ aviasənaye şirkəti ilə birgə Ofek-16 kəşfiyyat peykini mərkəzi kosmodromdan uğurla fəzaya buraxıb”.

Qeyd edək ki, İsrail mətbuatı peykdən İranın nüvə fəaliyyətini izləmək üçün istifadə ediləcəyini yazıb.

Bu xəbəri paylaşın: