Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzqquliyev Türkiyədə keçirilən prezident seçkilərində qalibiyyət qazanan Rəcəb Tayyip Ərdoğanı təbrik edib.
Təbrikdə deyilir: Türkiyə xalqı və Türkiyə Respublikası Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında böyük inkişaf yolu keçib, sənaye, xüsusilə müdafiə sənayesi inkişaf edib, yeni yollar çəkilib, nəhəng layihələrin təməli qoyulub. Məhz bu amillərin bariz nümunəsi olaraq qardaş Türk xalqı öz liderinə bu dəfə də seçkilərdə etimad göstərib.
Təşkilat adından Rəcəb Tayyib Ərdoğanı təbrik edən F.Rzaquliyev vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu «bir millət, iki dövlət» kəlamı hər iki qardaş xalqın inkişafını və rifahının istiqamətində gənc nəsillər üçün mayak rolunu oynayacaqdır.
Rəcəb Tayyib Ərdoğanın qələbəsi ,Türk dünyasının ,Turan elinin qələbəsidir.
Gözün aydın olsun Türk dünyası !
AVMVİB Mətbuat xidməti