AVMVİB-də yeni təyinat

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLAR İCTİMAİ  BİRLİYİ (AVMVİB) QARADAĞ RAYON ŞOBƏSİNƏ YENİ SƏDR TƏYİN OLUNDU.  

Müharibə veteranı Əli Əliyev Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin əmriylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qaradağ rayon şöbəsiə sədr təyin edildi.

AVMVİB sədri Füzuli Rzaquliyev Əli Əliyevi təbrik edərək, gələcək fəaliyyətində, xüsusən Qaradağ rayonunda müharibə veteranlarının ictimai fəaliyyətinin təşkilində öz bilik və bacarığından istifadə edəcəyinə əmin olduğunu bildirmişdi.

Mərasimdə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, NTK sədri Niyazi Quliyev və AVMVİB Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə ,AVMVİB Pirallahı rayon şöbəsinin sədri Aslan Əmrahov  iştirak ediblər.

Əli Əliyev göstərilən etimada görə AVMVİB sədri Füzuli Rzaquliyevə və AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirib və öz işiylə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: