Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) müstəqil dövlətçiliyin möhkəmləndirilməsində göstərdiyi müstəsna xidmətlərə, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında atdığı uğurlu addımlara, etik davranış qaydalarına müntəzəm surətdə əməl etdiyinə. Şəhid ailələrinə, Qazilərə və kimsəsizlərə göstərdivi maddi-mənəvi dəstəyinə görə, vətəndaşların sosial-iqtisadi problemlərinin həllində, dövlət siyasətinin həyata keçirilməsində ortaya qoyduğu əsl vətəndaş mövqeyinə və xüsusəndə 44 günlük haqq savaşında zəfər qazanan şanlı ordumuza dəstək göstərdiyinə və respublikada qeyd olunan xüsusi əhəmiyyətli günlərdə öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirərək göstərdivi xidmətlərinə görə vətənpərvər ziyalı “Azərsu” ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Əmiraslanov Sultan Əmiraslan oğlunu və həmin idarənin Baş mühəndisi İbrahimov Nemət Yaver oğlunu Fəxri Fərmanla təltif etmişdir.
Fəxri fərmanları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından AVMVİB-i təmsil edən polkovnik Qaçay Aslanov və mayor Azad Cəbrayılov təqdim etmişlər.
Sonda AVMVİB-in Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov çıxış edərək su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirmiş, şəhid ailələrinə, qazilərə və kimsəsizlərə göstərdivi maddi-mənəvi dəstəyinə görə Azərsu” ASC-nin Binəqədi rayon Sukanal İdarəsi də daxil olmaqla bütün əməkdaşlara işlərində uğurlar arzulamışdır.
Elnur Səlim