Yardımlı rayonunda Polis Günü ilə əlaqədar tədbir keçirildi

AVMVİB Yardımlı rayon şöbəsində Yardımlı rayon Polis şöbəsi ilə birlikdə 2 iyun Polis Günü münasibətilə tədbir baş tutmuşdur. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Hedər Əliyevin mərkəzində Ümummilli Liderimizin büstü önünə gül dəstələri qoydu. Sonra tədbir Polis şobəsində davam etdi Tədbiri giriş sözü ilə şobənin rəisi Rauf Babaşov açdı. Sonra söz rəis müavini Vüqar Bəhmanova verildi o, cənab nazirin təbrikin oxuduqdan sonra məruzə ilə çıxışına davam etdi.

İnzibati orqanların rəhbərləri və rayon İcra Aparatının müavininin də iştirak edtdiyi tədbirdə natiqlər çıxış etdi. Sonra söz Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis mayoru, AVMVİB-nin Yardımlı rayon şöbəsinin sədri Mayilxan Əliyevə verildi. Daha sonra polis şobəsinin rəisi Rauf Babaşovu AVMVİB-nin Yardımlı rayon şöbəsinin sədri Mayilxan Əliyev tərəfindən fəxri fərmanla təltif edildi. Tədbirin sonunda şobə rəisi veteranlara hədiyələr təqdim etdi və bir qrup polis əməkdaşlarını mükafatlandırdı.

Polis günü ilə əlaqədar cənab nazirimiz Vilayət Eyvazov başda olmaqla bütün Azərbaycan polisini o, cumlədən, Yardimli rayon polis şobəsinin rəisi olmaqla bütün polis əməkdaşlarin bayramın təbrik edirəm. Hər birinə sağlam can uzun ömür arzu edirəm.

Bu xəbəri paylaşın: