ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ: AYDIN ABDULLAYEV — 64

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən ömrünün müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri «Azərbaycan Bayrağı» ordenli istefada olan mayor Aydın Abdullayevin iyul ayının 3-də 64 yaşı tamam olur.

Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fədai.az saytının kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş, bol sevinc dolu illər bəxş etsin və səni hər yeni gün yeni bir istəyə qovuşdursun!

Bütün gözəlliklər sənin olsun!


100 yaşa, Aydın bəy!

Bu xəbəri paylaşın: