Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilovun yubileyidir. İyul ayının 4-də onun 60 yaşı tamam olur.
Səməd Əbilovun işgüzar ictimaiyyətçiliyi sayəsində rayon şöbəsi bölgədə veteranlarımız təşkilatlanmasında, veteran hüquqlarının müdafiəsində aparıcı mövqeyə sahib olub. 44 günlük Vətən müharibəsi günlərində də Səməd Əbilov ordumuzun yanında olmuş, maddi və mənəvi dəstəyini əsirgəməmişdir.
AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilovu yubiley günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, eyni zamanda, Fədai.az, veteran.az və Veteran TV-nin kollektivi, həmçinin iş və döyüş yoldaşları onu təbrik edir, möhkəm cansağlığı vəbol naliyyətlər arzulayır.
AVMVİB-in Mətbuat xidməti


