TƏBRİK: YAŞAR SULEYMANOV — 67

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür.  Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi və təcövzkarlığı ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  hüquq şöbəsinin müdiri   müharibə  veteranı  Suleymanov Yaşar İdris  oğludur. Avqust ayının 7 — də onun  67 — yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı Suleymanov Yaşar İdris oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fedai.az və Veteran.az kollektivi, doğmaları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər,Yaşar müəllim qoy yaşının üstə gələn bu yaş sənə sevinc dolu illər bəxş etsin və hər yeni günün isə  səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: