Bir-birindən maraqlı 15 tarixi fakt | Unudulmaz tarixi bilgilər

Maraqlı faktlar silsiləsində bu dəfə hər kəs tərəfindən bilinməyən15  unudulmaz tarixi faktı sizlərlə paylaşırıq..

  1. Orta əsrlərdə heyvanlar məhkəmələrdə mühakimə olunur və hətta bəzən ölümə məhkum edilirdi.
  2. Qədim Misirdə bir hökmdar öldükdə onun bütün nökərləri və heyvanları onunla birlikdə diri-diri basdırılırdı.
  3. Dünya tarixində ən çox ölümlə nəticələnən 10 müharibədən 7-si Çində baş verib.
  4. Orta əsrlərdə ölmüş əsgərlərin dişlərindən protezlər hazırlanırdı.
  5. Birinci Dünya müharibəsi nəticəsində (28 iyul 1914 — 11 noyabr 1918) 12 milyondan çox əsgər həyatını itirib, 19 milyondan çox dinc sakin öldürülüb və təqribən 55 milyon insan yaralı vəziyyətə düşüb.
  6. 1969-cu ildə El Salvador və Honduras arasında keçirilən futbol oyununda El Salvador məğlub olur və və nəticədə rəqib ölkəyə müharibə elan edir. 4 gün davam edən müharibə ABŞ-ın müdaxiləsi ilə başa çatdı.
  7. Qədim Olimpiya oyunlarında idmançılar çılpaq yarışırdılar. Tarixçilər yarış zamanı idmançıların istidən narahat olmamaq üçün çılpaq yarışdıqlarını iddia edirlər. Bu bəzi divar rəsmlərində də öz əksini tapmışdır.
  8. Oksford Universiteti 1096-cı ildə, Aztek İmperiyası isə 1325-ci ildə qurulub. Bu da o deməkdir ki, Oksford Universiteti Aztek İmperiyasından daha qədimdir.
  9. Amerika Vətəndaş Müharibəsi nəticəsində ölkə əhalisinin 2,5%-i həlak olmuşdu. Bu da 620 minə yaxın insan deməkdir və bu o dövr üçün böyük bir rəqəmdir. Nəticədə 1865-ci ildə ABŞ –da quldarlıq rəsmən ləğv olundu və vətəndaş müharibəsi Şimalın qələbəsi ilə başa çatdı.
  10. 1800-cü illərdə insanların ölüb-ölmədiyi tam bilmədikləri üçün tabutun içərisinə zəng mexanizmi yerləşdirilmişdi. Əgər dəfn edilən şəxs sağ olarsa, özünə gələndən sonra tabutdan çıxarılması üçün zəngi çalardı.
    hər kəs tərəfindən bilinməyən 15  unudulmaz tarixi fakt
  11. Bizim eradan sonra 755-ci ildə Çində baş verən Luşan üsyanında 30 milyondan çox insan həlak oldu ki, bu da o dövrdə dünya əhalisinin altıda birini təşkil edirdi.
  12. 1315-1317-ci illər arasında Avropada baş verən Böyük Qıtlıq zamanı insanlar aclıqdan hətta digər insanları yemək məcburiyyətində qaldılar.
  13. Axırıncı atlı qoşun süvariləri İkinci Dünya Müharibəsi zamanı istifadə edilmişdir. Nəticədə alman piyada birliyinə hücum edən monqol süvarilərindən 2000 nəfər öldü, lakin heç bir alman əsgəri həlak olmadı
    .
  14. Farslar eramızdan əvvəl 525-ci ildə Misir hücumunu dayandırmaq üçün pişiklərdən istifadə etdillər. Pelusium döyüşündə, Kambizin başçılıq etdiyi işğalçı Fars Ordusu Misir dini inancından istifadə edərək müharibəndə böyük üstünlüklə qalib gəldi. Onlar bu taktikadan istifadə etməklə çoxlu əsgəri xilas etdilər. Hətta farslar qalxanlarının üzərinə pişik şəkili həkk etdirmişdilər. Qədim misirlilər pişik şəkillərinin qarşısında təslim oldular. Qədim Misir haqqında bir az bilənlər bilir ki, misirlilər pişiklərə hörmət edirdi və bəziləri hətta onlara sitayiş edirdilər. Herodot müharibədə cəmi 7000 farsın həlak olduğunu və 50.000-dən çox misirlinin həyatını itirdiyini yazırdı.

    Azərbaycan Müsəlman Şərqində qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə Azərbaycan xalq cümhuriyyəti
  15. Azərbaycan Müsəlman Şərqində qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Bu böyük bir tarixi nailiyyət hesab olunur. Çünki həmin dövrdə seçki sistemində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin böyük əksəriyyətində öz həllini tapmamışdı. Hələ ABŞ qadınları bu hüquqlarına yalnız 1920-ci ildə senat tərəfindən Konstitusiyaya edilmiş qadınlara səs hüququ verən 19-cu düzəlişlə qovuşdular. Bundan əlavə, 1919-cu ildə Avstriyada, Almaniyada, Niderlandda, Polşada, İsveçdə, Lüksemburqda, 1918-ci ildə İngiltərədə yalnız ərli qadınlar üçün ,1931-ci ildə İspaniya və Portuqaliyada, 1946-cı ildə Fransada, 1970-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilmişdi.
Bu xəbəri paylaşın: