Veteranlar «Türk şəhidliyi» abidəsini ziyarət ediblər

Avqustun 30-da Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə 101 il əvvəl Türkiyə xalqı və ordusu bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

 Bu münasibətlə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev başda olmaqla ,bir qrup müharibə veteranı Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. Sədr qeyd edib ki, biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili, soyu bir olan millətik.Qardaş Türkiyənin zəfəri bütün Türk dünyasının qələbəsidir.

Füzuli Rzaquliyev “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” şüarını səsləndirib.

Bu xəbəri paylaşın: