Azərbaycan Qarabağa genişmiqyaslı hücum üçün hansı siqnalı gözləyir?..

Ermənistanın “TV5” kanalını “Oraxndir” verilişinin efirində politoloq Yervand Bozoyan işğalçı ölkənin daxili və xarici siyasətini təhlil edib. 
Moderator.az  xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, Y.Bozoyan Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistan  Konstitusiya Məhkəməsinin 3 hakimi ilə bağlı qərarı, Qarabağ münaqişəsinin həllinin indiki mərhələsi və Ermənistan-Rusiya münasibətləri barədə danışıb. 


Erməni politoloq Azərbaycanın Qarabağı azad etmək üçün nəyi, hansı siqnalı gözləməsi məsələsinə də aydınlıq gətirib. Onun fikrincə,  rəsmi Bakı genişmiqyaslı  hərbi əməliyyatlara başlamaq üçün Ermənistan-Rusiya münasibətlərinin pozulması barədə siqnalı  gözləyir…


P.S. Yəqin, dəvənin quyruğu yerə dəyəndə Kremlin Ermənistandan əl çəkməsi haqda xəbəri də eşidərik…


Sultan Laçın

Bu xəbəri paylaşın: