Birinci siniflərin təhsilə ilk addımı…

Bu gün ölkəmizdə Bilik Günüdür. Əslində, təhsilin bayramı olmur. Çünki insan üçün hər gün öyrənmək, hər gün yeni bir bilik qazanmaq bir dəyərdir. Hər günümüz təhsil günü olmalıdır.
Bu gün mənim üçün isə xüsusi və unudulmaz gündür. Övladım ilk dəfə məktəbə qədəm qoyur, 1-ci sinfə başlayır. Bu, onun həyatında yeni bir mərhələnin, bilik və öyrənmə yolunun ilk addımıdır.
Bu əlamətdar gün münasibətilə bütün Vətən övladlarını, xüsusilə məktəbə ilk addımını atan balaca fidanlarımızı təbrik edirəm. Onlara sağlam, uğurlu və işıqlı gələcək arzulayıram.
Bir müəllim olaraq deyə bilərəm ki, müəllimin milliyyəti, dini, irqi olmur. Müəllim bütün şagirdlərini öz övladı kimi sevir, qoruyur və onların uğuruna sevinir. Çünki müəllim yalnız dərs demir, həm də gələcək nəsli formalaşdırır.
Təhsilin hər bir mərhələsi gözəldir. Amma 1-ci sinfin yeri tamam başqadır. Çünki ilk dəfə məktəb çantası, ilk müəllim, ilk dərs, ilk qiymət və ən əsası, böyük bir həyata atılan ilk addım…
Qoy bu ilk addım gələcəkdə böyük uğurlara aparan yolun başlanğıcı olsun.
Bütün balalarımıza uğurlar! Bilik yolunuz daim açıq olsun!

Elnur Səlim

Bu xəbəri paylaşın: