Ehtiyatda olan mayor Rafiq Nağıyevin müəllifi olduğu Laçın Alayı kitabının təqdimatı olub.
Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət himni ifa olunub səsləndirilib.
Tədbirdə Millət vəkilləri ,Azərbaycanın Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ,müharibə veteranları və digər şəxslər iştirak ediblər.



