Son günlər dünyanın gözü yenə Qarabağda oldu. Səbəb isə güclü və humanist Azərbaycan və onun əbədi və əzəli torpaqlarını terrorçulardan təmizləyən Müzəffər Ordusu oldu. Belə ki, ölkəmizdə həyata keçirilən lokal antiterror tədbirləri haqqında dünyanın bir çox aparıcı media qurumları yazdı, süjet və reportajlar hazırladı.
Ordumuzun arsenalında olan texnikalar və silahlarla yanaşı Azərbaycanın hərbi qulluqçuları da hər zaman ayıq-sayıq və mənəvi-psixoloji cəhətdən hazırlıqlıdırlar. Çox yox, bir neçə gün əvvələ baxsaq, hərbi qulluqçularımızın bu texnikalardan dəqiq istifadəsini və yalnız hərbi hədəfləri məhv etməsi həm də ordumuzun humanistliyinin sübutu idi.
AZƏRTAC-ın müxbiri Fərid Səlimovun təqdimatında