Bir əlində silah, birində qələm

Xəqani müəllimin əziz xatirəsinə

Fedai.az “Qızıl qələm” mükafatı laureatı Əbdülrəhman Pirəliyevin Birinci Qarabağ Savaşında cəbhəy yolanan ilk döyüşçü jurnalist ,Turan sevdalı savaş adamı Xaqani Ədəboğlunun əziz xatirəsinə həsr etdiyi şeiri təqdim edir.

Xaqani müəllim

Gəldin bu dünyaya, köçdün dünyadan

Bir göz qırpımında, mələklər kimi

Həyatda yoxluğun, sarsıdır məni

İçim qan ağlayır, Xaqani müəllim

*********************************

Sən idin təsəllim, çətində, darda

Bu gün, kədərimsən, qəmimsən mənim

Dünən sinəmdəki, döyünən ürək

Bu gün,  xatirəmsən, Xaqani müəllim

**********************************

Bir əlimdə silah, birində qələm.

Qatıldın döyüşə, bir əsgər kimi

Qələbə naminə, vətən naminə

Keçdin həyatından, Xaqani müəllim.

*********************************

Vuruşdun vətəndə, vətəndən kənar

Vətənə müxalif, şər qüvvələrlə

Düşmən üzərində, qələbəmizdə

Danılmaz payın var, Xaqani müəllim.

**********************************

Barışa bilmirəm, yarımçıq qalan

Həyat hekayənlə, arzularınla

Barışa bilmirəm, bu gün həyatda

Sənin yoxluğunla, Xaqani müəllim

*******************************

Baxıram rəsminə, qərənfillərə

Kövrək bir ifadə, qopur dilimdən

Baş əyib ruhuna, deyirəm sənin

Məkanın Cənnətdi, Xaqani müəllim

********************************

Mən səni özümə, qardaş bilirdim

Həmkarım bilirdim, sirdaş bilirdim

Sağımda görürdüm, hər zaman səni

Sağımı boş qoydun, Xaqani müəllim

Bu xəbəri paylaşın: