Düşmənin “qələbə” simvoulu olan tank Bakıda

1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi Bakıya gətirilib.

Fedai. az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, düşmənin “qələbə” simvolu sayılan tank Hərbi Qənimətlər Parkına yerləşdirilib.

30 il sonra tank layiq olduğu yerə park edilib.

Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub.

Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Bu xəbəri paylaşın: