Sentyabr ayının 25-də Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində, Sumqayıt Şəhər Nəriman Nərimanov adına Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş, «Qalib xalqın, qalib ordusu» adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının himni oxunduqdan sonra tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair- qəzəlxan Lilpar Cəmşidqızı tədbirə gələn qonaqları salamladı və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərib, Şəhid olan igid oğlanlarımızın rəşadətli döyüş yolundan danışdı.
Sonra Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi.


.
Tədbirdə Sumqayıt Şəhər Mədəniyyət Evinin direktoru Rəşidova Elnarə, bədii rəhbər Aslanova Kəmalə iştirak elədi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi(AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, 2-ci qrup əlil Rəhimov Zəkəriyə Yadulla oğlu, Polkovnik-Leytenant Zeydulla Mustafayev, Kapitan Fəxrəddin Behbudov öz döyüş yolları haqqında ətraflı çıxış etdilər.

Tədbirdə 3 nömrəli lisey- məktəbin şagird və müəllimləri də iştirak etdilər. Şəhid Vüsal Məmmədovun anası Kəmalə xanım göz yaşları içərisində oğlu haqqında danışdı.
Sonda, tədbirin aparıcısı Lilpar Cəmşidqızı qeyd elədi ki, qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Azərbaycan xalqı öz Şəhidlərinin xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır.
Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı.


