Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur. Day.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, orduda bu məsələ nəzarət altındadır:
«Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildurib ki, hazırsa vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı Sülhməramlı arasında bir hərbçimizdə virus aşkarlanmışdı o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb. Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçikər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur»
Bu xəbəri paylaşın:
