Şəhid bacısı, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru, AVMVİB-in fəxri üzvü Həqiqət Məmişova Müəllim Günü Münasibəti ilə «Böyük Zəfər» xatirə medalı ilə təltif olunub.
Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədri Füzulu Rzaquliyevin təşəbbüsü ilə təşkil edilmiş təltif edilmə mərasimində Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov, AVMVİB Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev ,qazilər və veteranlar iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov məlumat verib.
Medalı Həqiqət Məmişovaya Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim etmişdir.
Füzuli Rzaquliyev qeyd etmişdir ki, şəhid bacısı Həqiqət Məmişova, ziyalı və vətənpərvər bir şəxs kimi daim Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin və qazilərin yanınında olub.Sədr vurğulamışdır ki, Həqiqət Məmişova gənc nəslin milli-mənəvi ruhda tərbiyəsində, və onların vətənpərvərlik ruhunun artırılmasında xidmətləri olub. Buna görə qazilər və veteranlar Türk qızı Türk olan Həqiqət xanımı öz bacısı hesab edir.
Həqiqət Məmişova AVMVİB tərfindən ona təqdim edilən medalın onun üçün dəyərli olduğunu və mənəvi əhəmiyyət kəsb etdiyini dilə gətirmiş, AVMVİB-in İdarə heyətinin üzvlərinə və bütün veteran qardaşlarına öz təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, məktəb direktoru AVMVİB-nin fəxri üzvü kimi Həqiqət Məmişova yorulmadan vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc döyüşçülərin mülki həyata adaptasiya olunması sahəsində çalışmaqdadır.