Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sdri , Yardımlı rayon 1 saylı tam orta məktəbin valideyin komitəsinin sədri Mayılxan Əliyev ,Birliyin üzvləri ,Yardımlı şəhər 1saylı tam orta məktəbin Gənclərin çağərşaqədərki hazırlıq rəhbəri Camal müəllim və sözü gedən təhsil müəssisəsinin 4 -cü sinif şagirdlərinin sinif rəhbəri Səyyar müəllim ,şagirdlər şəhid Zahirli Zahid Azad oğlunu anıblar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib
Tədbir iştirakçıları əvvəlcə şəhid Zahirli Zahid Azad oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evdə onun xatirəsinə həsr edilmiş, həyat və şərəfli döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların yer aldığı ev muzeyində tədbiri davam etdiriblər.
Şəhidin keçdiyi həyat yolundan , qəhrəmanlığından danişılıb və şagirdlər şəhidə həsir olunmuş şeirlər söyləyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin!



