TƏBRİK: Mərdan Ələsgərov — 58

Bu gün daha bir silahdaşımızın — Azərbapycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı Mərdan Ələsgərovun ad günüdür. Oktyabrın 8-i onun 58 yaşı tamam olur.

Mərdan Ələsgərov Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) şöbə sədri kimi müharibə veteranlarının hüquqlarının bərpa edilməsi uğrunda çalışmaqdadır. 44 günlük Vətən müharibəsi günlərində də öz köməyni cəbhədən əsirgəməyən şöbə sədrlərimizdəndir və bu gün də gənc döyüşçülərin problemlərinin həlli yolunda yorulmadan çalışmaqdadır. O, səmətrəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlara və müxtəlif mükafatlara layiq görülmüşdür.

Mərdan Ələsgərov 2019-cu ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədridir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi ad gün münasibəti ilə Mərdan bəyi təbrik edir, ona uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: