Ermənilər Azərbaycan-Ukrayna əlaqələrinə kölgə salmaq istəyirlər

6 il əvvəl yazmışdım. Ukraynanın nüfuzlu qəzeti Azərbaycanlı qaçqınların şəkilini Bakıdan qaçan ermənilər kimi qələmə vermişdi.
————-
Rusiyadan fərqli olaraq, Ukraynada ermənilər saxta təbliğat maşınlarını tam gücü ilə işə sala bilmirdilər. Ukrayna-Azərbaycan əlaqələri də buna imkan vermirdi. Timoşenkonun köməyi ilə varlanan və Yanukoviç zamanında tam azğınlaşan erməni gücləri, ölkənin strateji maraqlarına belə məhəl qoymadan, anti-Azərbaycan təbliğatına start verdilər.

Bu sahədə onlarla əməkdaşlıqa ölkənin nüfuzlu qəzet və teleməkanında fəaliyyət göstərən «muzdlı» jurnalistlər dəvət edildi. Belə media və siyasət adamlarının Ermənistan və Qağlıq Qarabağa müntəzəm səfərləri təşkil edilməyə başlandı.

Təbii ki, Azərbaycan icazəsiz işğal zonasına gedənlərin ölkəmizə girişinə qadağan qoydu. Buna etiraz olaraq (Әslində, elə istədiyi bu idi), iri tirajlı populyar «СЕГОДНЯ» qəzetinin əməkdaşı İRİNA KOVALÇUK, Azərbaycan əleyhinə təbliğatını açıq müstəviyə çıxartdı.

Lakin, ölkədə baş verən inqilab və ermənilərin xəyanətkar hərəkətləri, belələrini ehtiyatlı davranmağa məcbur etdi. Xeyli müddət digər yazılarla cörək pulu qazanmağa məcbur olan jurnalist, imkan əldə edən kimi, yenə də «əsas mövzusuna» müraciət edib. Qəzetin 10 iyul 2014-cü il nömrəsindəki «ПУТЬ БЕЖЕНЦА. БЕЖЕНЦЫ СНГ» rubrikasında: «Нет возможности проведать могилы родных» adlı məqalədə Bakıdan qaçan Yerevan sakini Qreta Saakyanın (30 il Bakıda «Kommunist» qəzerinin erməni redaksiyasında çalışıb) taleyindən bəhs edir.

Məqaləyə əlavə etdiyi şəkilin altında isə «Bakı qaçqınları» yazmaqla, müharibədən əziyyət çəkən tərəfin ermənilər olduğunu şüurlara yeritməyə çalışır. Əslində isə bu fotodakı şəxslər azərbaycanlı köçkünlərdir.

Eldar Tağıyev//Ukrayna

P.S. Bu adamları tanıyanlar bizə yazsınlar…

Bu xəbəri paylaşın: