Kəlbəcər rayon 84 nömrəli məktəbində ŞƏHİDLƏRİMİZ anılıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbinndə şəhid Etibar Xansuvar oğlu Məmişovun anım günü,polkovnik leytenant Zaur Hüseyn oğlu Cəfərovun isə şəhadətə qovuşduğu gün qeyd edilib.

Tədbirdə məktəbin müəllim və şagird kontingeti ,şəhid Muradov Siyavuşun anası Ayna xanım iştirak etiblər.
Tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru , şəhid Etibar Xansuvar oğlu Məmişovun bacısı Həqiqət Məmişova çıxış edərək şəhidin uşaqlıq və gənclik illərindən danışıb.

Məktəbin müəllimi Sənəm Quliyeva şəhid polkovnik leytenant Zaur Hüseyn oğlu Cəfərovun keçdiyi döyüş yolundan söz açıb.

Sonda şagirdlər tərəfindən şeirlər söylənilib,səhnəciklər göstərilib.

.Şəhidlər unudulmur,onlar ölumləriylə ölümsüzlük qazanırlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin

Bu xəbəri paylaşın: