Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir — Fotolar



Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edir. 

 İştitakçılar içərisində «Tərəqqi» medalı mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, BMT yanında «Sülh Səfiri» mükafatçısı, şairə, yazar, publisist, İctimai xadim, 15 Kitabın, 100 -ə yaxın mahnın söz yazarı, şeirləri müxtəlif dillərdə tərcümə olunmuş, «Vedibasar» qəzetinin redaktoru, «Azərbaycan Vətən Müharibəsi Veteranları» iB-nin sədrinin müşaviri, «Mehriban xanımlar» qurupunun rəhbəri və «Əsilzadələr məclisi» nin üzvü “Rusiya Azərbaycan Qadınları” İctimai Birliyinin Azərbaycan nümayəndəsi, Zəngəzur TV-nin Baş direktorunun birinci müavini, «ŞAH-DAĞ» adına İsraildə mövcud olan rəsmi cəmiyyətin mətubat katibi NƏSİBƏ İSRAFİLQIZI da yer almışdır.Azərbaycan Qadınlarının VI Qurultayında “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə müzakirələr aparılmışdır.

Azərbaycan qadını əsrlər boyu cəmiyyətimizin həyatında müstəsna rol oynamışdır.Azərbaycan Qadınlarının VI Qurultayı münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və Birliyin üzvləri bütün qadınlarımızı ürəkdən təbrik edir və hər birinə cansağlığı xoşbəxtlik arzu edirlər.

Bu xəbəri paylaşın: