- Güzgü qanunu:
Başqalarını mühakimə etməmişdən öncə özünüzə nəzər yetirin. - Ağrı qanunu:
İncimiş insan başqalarını incitməyə çalışır. - Yuxarı yol qanunu:
Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq. - Bumeranq qanunu:
Başqalarına kömək göstərdiyimiz zaman biz elə özümüzə kömək etmiş sayılırıq. - Dəyişdirmə qanunu:
Özgələrini yerlərinə otuzdurmamışdan öncə biz özümüzü onların yerinə qoymalıyıq. - Təhsil qanunu:
Qarşılaşdığımız hər bir insanın bizə nə isə bir şey öyrətmə istedadı vardır. - Xarizma qanunu:
İnsanlar onlara maraq göstərən adama maraq göstərirlər. - 10 bal qanunu:
İnsanların gözəl xüsusiyyətlərinə inanmaq onları öz gözəl xüsusiyyətlərini nümayiş etdirməyə vadar edir. - Qarşıdurma qanunu:
Əvvəlcə insanların qayğısına qalmaq daha sonra onlarla qarşıdurmaya qalxmaq lazımdır. - Qaya qanunu:
Etibar istənilən qarşılıqlı münasibətin təməlidir. - Lift qanunu:
İnsanlarla qarışılıqlı münasibətdə biz onları aşağı da endirə bilərik, yuxarı qaldıra da bilərik. - Vəziyyət qanunu:
Heç vaxt imkan verməyin ki, vəziyyət sizin üçün qarşılıqlı münasibətdən daha önəmli sayılsın. - Mamed qanunu:
Əgər Mamedin hamıyla problemi varsa, deməli, adətən ən böyük problem elə Mamedin özü olur. - Əlçatma qanunu:
Başqaları ilə özünü sadə aparmaq ətrafımızdakıların özlərini daha rahat hiss etməsinə səbəb olur. - Səngər qanunu:
Kiminləsə mübarizə aparmağa çalışırsansa, özün üçün elə səngər qaz ki, oraya dost da yerləşsin. - Əkinçilik qanunu:
Bütün qarşılıqlı münasibətləri becərmək lazımdır. - Qutlama qanunu:
Əsas olan dostlarımız üzgün və məğlub olarkən yanlarında olmağımız deyil, onlar qələbə və uğur qazarkən bizim ürəkdən sevinməyimiz də önəmlidir. - Əməkdaşlıq qanunu:
Birgə əməkdaşlıq etmək birgə qazanılacaq qələbənin ehtimalını qaldırır. - Məmnunluq qanunu:
Gözəl qarşılıqlı münasibətdə tərəflərin məmnun olması üçün sadəcə bir yerdə olmaları bəs edir.