Kəlbəcər rayon 84 nömrəli məktəbdə Vətən Müharibəsi şəhidi Siyavuş Muradovun anım günü qeyd edilib

Kəlbəcər rayon 84 nömrəli məktəbdə məktəbinin direktoru ,şəhid bacısı ,AVMVİB -in Fəxri üzvü Həqiqət Məmişovanın təkilatçılığı və məktəbin müəllimi Sənəm Quliyevanın dəstəyi ilə şəhid leytenant Siyavuş Muradovun  anım günü qeyd edilib .

Tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər.

Anım mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Daha sonra şəhidin ailəsini  Kəlbəcər rayon 84 nömrəli məktəbin direktoru Həqiqət Məmişavanın başçılığı ilə müəllimlər ziyarət ediblər.

 Xatırladırıq ki, baş leytenant Muradov Siyavuş Akif oğlu 1991-ci il avqustun 5-də Beyləqan rayonunda anadan olub. Sonra ailəsi Bakıya köçüb. 192 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurandan sonra Daxili Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə başlayıb. Sonra Milli Ordu sıralarında zabit kimi xidmət göstərib.

Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunub.

Bu xəbəri paylaşın: