Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir. –Mark Twain.
Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İ. V. Höte
Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır. – Şekspir
Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. – Atatürk
Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz. – Paulo Koelyo
Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.– Əbu Turxan
Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. – Hüqo
Uğursuzluq – nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. – Henri Ford
Xarakter ağac, şan –şöhrət isə o ağacın kölgəsi kimidir. Biz çox vaxt kölgəni düşünürük, ancaq gerçək olan ağacın özüdür. – Uilyam Linkoln
Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər.. – Artur Şopenhauer
Tamahkarlıqla xoşbəxtliyin bir –birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. – Bencamin Franklin
Böyük insan olmaq yolunda atacağınız ilk addım, dürüst olmaqdır. – Samuel Conson
Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər.– Paul Auster
İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər.– Deyl Karnegi
Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. – Plato
Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir. – Pablo Neruda
İnsanların mənim barədə nə düşündüklərinə baş qoşmamaqla ömrümü 10 il uzatdım.– Çarlz Bukovski
Hər şey çox olunca ucuzlaşar… Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar .. – Şəms Təbrizi