“Ata vəsiyyəti və İnamlı Zəfər”

Neftçala rayonun Bankə qəsəbəsində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, təhsil işçiləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in Neftçala rayon şöbə sədri Mübariz Hüseynov, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib və məktəblilərin hazırladıqları sərgilərə baxış keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayon sektorunun müdiri Nicat Cəfərov, Neftçala rayon Z.Əsgərov adına Aşağı Surra tam orta məktəbin tarix müəllimi Firdovsi Tağıyev, F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta tam məktəbin direktoru Rəhim İmanov, Vətən müharibəsi iştirakçısı Mirzəqurbanlı kənd ümumi orta məktəbinin müəllimi Muradov Murad Vətən müharibəsində əldə olunan Zəfər qələbəmizdən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətindən, rəşadətli Azərbaycan Ordusunun yüksək ruhla döyüşməsindən, xalqımızın dəmir yumruq kimi birləşməsindən və bu qələbə xalqımızın özünə olan inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirməsini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.


Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Respublikamız 20 ildir Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolundan, cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsində həll olunması, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib və tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edib.

Tədbir məktəblilərin hazırladıqları kompazisiyalar ilə davam edib.
Tədbirdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in Neftçala rayon şöbə sədri Mübariz Hüseynov kompazisiya iştirak edən məktəblilərlə görüşdü.

Mübariz Hüseyinov onalara öncə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ilə bağlı qısa tanışlıq verərək bildir di ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir.


. 44 günlük Vətən müharibəsində isə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev olmaqla, AVMVİB-nin rəhbərliyi, Neftçala rayon şöbəsi və diyər rayon şöbələrinin sədr və müavinləri, hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlməsinə köməklik etmişdir.

Hazırda sıralarında 89 mindən çox üzvü birləşdirən AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir.
Neftçala rayonunun 4 milli qəhrəmanı, Məmmədov Xanoğlan Sadıq oğlu, Məcidov Zakir Nüsrət oğlu, İmanov Samid Gülağa oğlu və İsmayılov Camal Vidadi oğlu barədə qısa söhbətlər etdi
Neftçala rayonunun Şəhidlərləri haqqında məlumat verərək bildirdi ki ,Neftçala rayonunda 222 şəhid vermiş onlardan 66 itkindir.

960 – dan artıq Müharibə veteranı olduğunu vurğuladı

Mübariz Hüseynov hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərdən danışdı. Məktəblilərin hazırladıqları kompazisiyalara görə müəlimlərinə təşəkür edərək Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin salamını catdırdı.

Sonda xatirə şəkiləri cəkildi.

Bu xəbəri paylaşın: