Beyləqan rayon Sarısu qəsəbəsində Şəhid Abdullayev Vüsal Şakir oğlunun Anım mərasimi keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız şəhid ailələri ,şagirdlər kənd bələdiyyəsinin sədri Heybət Əliyev şəhidin anım tədbirində iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək,daim şəhidlərimizə borclu olduğumuzu bildiriblər.

Şəhid Abdullayev Vüsalın əziz xatirəsinə həsr olunmuş Şəhid Bulağı Xatirə kompleksinin ərsəyə gəlməsində əməyi olanlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından Fəxri fərman təqdim edilib
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan



