Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. 

Fedai.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. 

Dövlət başçısının digər Sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. 

Bu xəbəri paylaşın: