Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında seçki gününün 2024-cü il fevralın 7-də keçirilməsinə qərar verilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı saytımıza danışıb.
Füzuli Rzaquliyev bildirib ki,Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86,6 faizini toplayıb.Hələ torpaqlarımız işğal altında olan zaman Cənab Prezident xalqın inamın qazanmışdı.Xalq bilirdi ki,Cənab prezident verdiyi vədlərə əməl edəcəkdir. Azərbaycanın milli maraqları ,xalqımızın rifahı Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıyla İlham Əliyev xalqın ürəyin iki qat fəth etdi. Möhtərəm prezidentin mövqeyini çox aydın və güclü siyasi qətiyyətliyini gördük. İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz qələbə qazanmışdır. Bu gün həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır. Artıq bölgədə şərtləri Azərbaycan diktə edir. 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Xankəndidə, Ağdərədə ,Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək.
Ali Baş Komandan İlham Əliyev təmkin və səbir nümayiş etdirərək həm döyüş meydanında, həm də diplomatiya sahəsində uğurlara imza atdı və növbəti uğurlara imza atmaqda davam edir.
Müzəffər Ali Baş komandan vuğlamışdı ki “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” .Bəli, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncamı ökəmizin və xalqımızın parlaq və etibarlı gələcəyi naminə imzalayıb.
Füzuli Rzaquliyev bildirdi ki,Müharibə iştirakçıları hər zaman özlərini Ali Baş Komandanın əsgəri sayırlar və daima Müzəffər Ali Baş Komandanın əmrinə hazırıq.
