Təbrik: İlham Beydullayev — 58

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri, təşkialtımızın fəal şöbə sədrlərimizdən olan İlham Beydullayevin doğum günüdür. Yanvar ayının 1-də onun 58 yaşı tamam olur.

Bir döyüşçü kimi İlham Beydullayev 44 günlük Vətən müharibəsi günlərində daim öndə olan əsgərlərimizin yanında oldu. Həm ön cəbhədə, həm arxada xalqımızın haqq işinə öz töhfəsini verdi. Əbəs yerə demirik ki, cəbhədəki əsgərlər bizim ruhumuzla döyüşə yollandılar. İllərcə bizdən qeyri kimsə ardıcıl olaraq düşmənə qarşı hərbi yolla mübarizə təbliğatı aparmayıb. Ağdaş veteranları İlham Beydullayevin təşkilatçılığı və rəhbərliyi altında illərcə rayonu məktəb-məktəb gəzərək doğma Qarabağın azad edilməsi, şəhidlərimizin yad edilməsi və müharibə veteranların Ali Baş Komandanın əmrinə hazır olmalarını təbliğ etmişlər.

AVMVİB Ağdaş rayon şöbəsi Vətən müharibəsi dövründə maddi və mənəvi dəstəklə səngərdəki əsgərlərimizin yanında olmuş şöbələrimizdəndir. Təşkilatçı və rəhbərlik isə İlham bəyin çiyinlərində idi. Əsil döyüşçülər kimi İlham bəy üçün də Vətənin o başı, bu başı yoxdu. Vətən dardadırsa, veteranlar ordadır. Bunu Vətən müharibəsində bir daha əməli olaraq sübut elədik. Məhz İlham Beydullayev kimi şöbə sədrlərimizin sayəsində qarlı dağlar aşıldı, səngərlərdə də əsgərimizlə birgə olduq. Bu proseslər bu gün də davam etməkdədir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi İlham Beydullayevi doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun ömür və firavan həyat arzu edir!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2024-12-30-at-21-39-27

Whats-App-Image-2024-12-30-at-21-39-27-1

Whats-App-Image-2024-12-30-at-21-39-28

Whats-App-Image-2024-12-30-at-21-39-50

Whats-App-Image-2024-12-30-at-21-39-51

J5Fycj2.md.jpg J5Fy5vf.md.jpg J5Fy7p4.md.jpg J5FyaTl.md.jpg J5FylQS.md.jpg
Bu xəbəri paylaşın: