Səbirli ol, zamanla — hər şey keçib-gedər!Sonra ağıllanmaqdansa, indi ağıllı olmaq daha yaxşıdır…İdiot, Fyodor Dostoyevski
- “…onun çox geniş qəlbi var; bu qəlb əzab da çəkə bilər, şəfqət də göstərə bilər”.
- Sanki onun köksündə çırpınan ürək deyil, daş idi, hisləri isə quruyub birdəfəlik məhv olmuşdu..
- Hər bir adam bir zaman özünün də uşaq olduğunu xatırlasaydı, kifayət edərdi.
- Siz qızarırsınız; bu, gözəl qəlbə malik insana xas olan cəhətdir.
- Heç bir anı bir qəpiklə ölçmək olmaz, həm də bəzən beş dəqiqə xəzinədəndə qiymətlidir.
- İnsanın qəlbini uşaqlar müalicə edir…
- Üzdən şən görünür, amma başı çox müsibətlər çəkib, elədirmi? Bunu onun gözlərindən oxumaq olur..
- Mən heç olmazsa bir nəfərlə hər şey barədə özümlə danışan kimi danışmaq istəyirəm.
- “Məsələ həyatdadır, yalnız həyatda heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir!”
Siz əmin olun ki, Kolumb Amerikanı kəşf edəndə deyil, onu kəşf etməkdə olduğu vaxt özünü xoşbəxt hesab edirdi.İdiot, Fyodor Dostoyevski
- Uşaqların balaca olmasını və hələ inkişaf etmədiklərini bəhanə edib onlardan heç bir şeyi gizlətmək lazım deyil.Bu nə qədər kədərli və uğursuz fikirdir!
- «Vaxtı hesablaya-hesablaya yaşamaq olmaz.»
- Cəmiyyət ona görə vəhşi və qeyri-bəşəri hesab edirlər ki, o, aldadılmış qızı rüsvay edir.
- “…onun həyatında baş verən ən əsas cəhət adamlar haqqında fasiləsiz olaraq səhv etməsidir”.
- Başa düşdü ki, indi bambaşqa bir məxluqla qarşılaşmışdır, həm də bu elə bir məxluqdur ki, təhdid etməklə kifayətlənməyərək fikrini mütləq yerinə yetirəcəkdir; başlıcası isə heç nədən çəkinməyəcəkdir, ona görə ki, bu məxluq üçün dünyada heç bir şeyin qədir-qiyməti yoxdur, bu səbəbdən onu heç şirnikdirmək də mümkün deyildir.
- “Adamlarda bəzən belə hallar olur: xüsusilə xəcalət hissi oyadan dözülməz xatirələr qəfil yadına düşəndə adam, adətən, bir dəqiqəliyinə yerindəcə dayanır”.
- “Həm də bir halda ki, bir adamdan xoşun gəlmir, ona nə üçün pislik arzulamalısan, doğru demirəmmi.?”
- Yalan danışanda hərgah heç də adi olmayan bir şeyi, ekssentrik bir şeyi, həddən artıq nadir, yaxud heç mövcud olmayan bir şey əlavə etsən, onda yalan daha inandırıcı olur.
- Onlardan nə qədər gizli saxlamaq istəsən də, uşaqlar onsuzda hər şeyi bilirlər.
- İnsan heysiyyətinin nə kimi hoqqalar çıxara biləcəyini heç ağlınıza da gətirə bilməzsiniz.
- Hər hansı alçaq bir adamdan da soruşsanız ki, onun üçün kiminlə iş görmək daha yaxşıdır, onun özü kimi alçaq bir adamlamı, yoxsa sizin kimi nəcabətli bir insanlamı, ən səmimi knyaz, o cavab verər ki, ən nəcabətli bir insanla; yaxşılığın təntənəsi də bundadır!
- Gözəllik haqqında hökm vermək çətindir, gözəllik sirdir.
- Yaxşı insanlara ehtiyacım var…
- — Knyaz! Özümü ehtiram olunan şəraitdə görmək istəyirəm… Mən özüm özümə və… öz hüquqlarıma hörmət etmək istəyirəm.- Bu cür arzusu olan bir adam elə təkcə bununla hər cür hörmətə layiqdir.
- Elə ideyalar var, elə yüksək ideyalar var ki, onların haqqında danışmamalıyam; ona görə ki, mütləq hamını özümə güldürərəm.
- İxtiraçılar və dahilər, demək olar, həmişə öz fəaliyyətlərinin başlanğıcında (çox vaxt da axırında) cəmiyyətdə ancaq axmaq hesab edilirdilər.
- Bir nəfər həyatdan uzaqlaşmış mütəfəkkir şikayətlənir ki, “bəşəriyyət aləmi hədsiz səs-küylü və sənayeli olur, mənəvi rahatlıq azdır”. Hər tərəfi gəzib-dolaşan başqa bir mütəfəkkir ona: “Qoy olsun, lakin ac-yalavac bəşəriyyətə taxıl daşıyan arabaların taqqıltısı, bəlkə də, mənəvi rahatlıqdan yaxşıdır”, qalibiyyətlə cavab verərək, ondan qürurla uzaqlaşır.
- Hərgah doğulmamaq ixtiyarı mənim əlimdə olsaydı, mən, yəqin ki, bu cür gülməli və kinayəli şəraitdə yaşamağa razı olmazdım.
- Hamını sevmək olarmı; bütün insanları, bütün yaxın adamları sevmək olarmı? — mən bunu özümdən tez-tezmi soruşurdum. Əlbəttə, yox: hətta bu qeyri-təbiidir. Bəşəriyyətə qarşı bəslənən mücərrəd sevgidə az qala həmişə ancaq özünü sevirsən.
- Xoşbəxt olub… axmaq vəziyyətində yaşamaqdansa, bədbəxt, lakin xəbərdar olmaq yaxşıdır.
- Knyaz iddia edir ki, dünyanı gözəllik xilas edəcək! Mən isə iddia edirəm ki, belə şən fikirlər knyazın ağlına ona görə gəlir ki, o, indi vurulmuşdur.
- Məsələn, tutalım ki, işgəncə verirlər, insan əzab çəkir, yaralanır, canı ağrıyır, deməli, bütün bunlar onu qəlb iztirablarından yayındırır, beləliklə də, nəfəsi kəsilənədək təkcə yaralardan əzab çəkir.
- “Şəfqət bütün bəşəriyyətin ən əsas, bəlkə də yeganə varlıq qanunudur”.
- Zira ona nə dəbdəbə lazımdır, nə sərvət və nə də şan-şöhrət, ona ancaq həqiqət lazımdır!
- Dünyanı gözəllik xilas edəcək!
- Bilirsinizmi, məncə gülməli olmaq bəzən hətta yaxşıdır, həm də daha yaxşıdır, ona görə ki, bir-birimizi daha tez bağışlayar, daha tez itaətkar olarıq, axı hər şeyi birgə başa düşmək olmaz, birbaşa kamillikdən ki, başlamaq olmaz! Kamilliyə nail olmaq üçün əvvəlcə çox şeyi başa düşməmək lazımdır! Hərgah həddən artıq tez başa düşsək, onda, yəqin, yaxşı dərk edə bilmərik.
- Sizdən isə nə mənim fikrimlə razılaşmağı tələb edirəm, nə də sözlərimin təsdiq olunmasını. Sizi öz vicdanınıza tapşırıram, mənim üçün bu da kifayətdir.İdiot, Fyodor Dostoyevski