AVMVİB Tərtər rayon şöbəsinin növbəti iclası keçirilmişdir

2025-ci il, 16 iyun tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin növbəti iclası keçirilmişdir. İclasda, AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayevin təqdimatı və AVMVİB İdarə Heyətinin qərarı və AVMVİB-in sədri Füzuli Rzaquliyevin əmri əsasında, ehtiyatda olan mayor Xanlar Şahmalı oğlu Məmmədov AVMVİB Tərtər rayon Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. Yeni təyinatla bağlı vəsiqə mayor Xanlar Məmmədova təqdim edilmişdir.

İclasda, AVMVİB sədri Füzuli Rzaquliyev və İdarə Heyətinin təbrikləri mayor Xanlar Məmmədova çatdırılmışdır. Tədbirdə iştirak edən Tərtər rayon müharibə veteranları cənab mayoru təbrik edərək, ona vəzifəsinin icrasında və şöbənin məsuliyyətli işlərində uğurlar arzulamışlar.

AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev də yeni təyin olunmuş müdiri təbrik edərək, ona işlərində uğurlar diləmişdir.

AVMVİB-in Mətbuxat xidmətinin
Qarabağ üzrə bölgə müxbiri Elçin Qədirov

Bu xəbəri paylaşın: