Şəhid Qədimov Zülfü Rəhim oğlu 16 iyun 1988-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. O, 28 fevral 2017-ci ildə döyüş tapşırığını yerinə yetirərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. 2025-ci il, 16 iyun tarixində Şəhid Zülfü Qədimovun mövlud günü qeyd olunmuşdur. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Akif Həsənov, AVMVİB-in Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, qazilər, veteranlar və şəhid ailələri iştirak etmişlər. Əvvəlcə şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur.
Daha sonra çıxış edən sədr müavini Akif Həsənov, AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı vermiş, onların hər zaman yanlarında olduqlarını və mənəvi dəstək göstərməyə davam edəcəklərini bildirmişdir. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad etmiş, onun igidliyini minnətlə anmışlar.
AVMVİB-in Mətbuxat xidmətinin
Qarabağ üzrə bölgə müxbiri Elçin Qədirov










