AVMVİB Beyləqan rayon şöbəsi Həkimlərin Peşə Bayramı münasibəti ilə tədbir keçirdi

17 iyun 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi tərəfindən Həkimlərin Peşə Bayramı Günü münasibətilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında xüsusi tədbir təşkil olunmuşdur.

Tədbirdə AVMVİB sədr müavini Akif Həsənov çıxış edərək, AVMVİB sədri Füzuli Rzaquliyevin adından bütün tibb işçilərini — həkimləri, tibb bacılarını və səhiyyə sahəsində çalışan digər əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, onların pandemiya dövründə, eləcə də müharibə və müharibədən sonrakı bərpa proseslərində göstərdikləri fədakar xidmətləri yüksək dəyərləndirmişdir.

Tədbirdə çıxış edən AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov da səhiyyə işçilərinə təşəkkürünü bildirərək, onların hər zaman xalqın sağlamlığı naminə ön cəbhədə mübarizə apardıqlarını vurğulamışdır.

Sonda bir qrup həkim və tibb xidməti əməkdaşları AVMVİB tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. Bu mükafatlar onların peşəkar fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirildi.

Tədbir səmimi, isti və yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.

AVMVİB-in Mətbuxat xidmətinin
Qarabağ üzrə bölgə müxbiri Elçin Qədirov

WhatsApp Image 2025 06 17 at 14.59.34 WhatsApp Image 2025 06 17 at 14.35.10 WhatsApp Image 2025 06 17 at 14.35.05 (2) WhatsApp Image 2025 06 17 at 14.35.05 (1) WhatsApp Image 2025 06 17 at 14.35.05 WhatsApp Image 2025 06 17 at 14.35.04 (2) WhatsApp Image 2025 06 17 at 14.35.04
Bu xəbəri paylaşın: