AVMVİB sədri həkimlərimizi peşə bayramları münasibətilə təbrik edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Həkimlərin Peşə Bayramı münasibəti ilə onlara təbrik ünvanlayıb. Təbrikdə deyilir

«17 iyun – Həkimlərin Peşə Bayramı münasibətilə sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm!

Siz – ağ xalatlı mələklər, xalqımızın sağlamlığını qorumaq kimi şərəfli və məsuliyyətli bir missiyanın daşıyıcısısınız. Sizin gecə-gündüz bilmədən göstərdiyiniz fədakarlıq, bilik və sədaqət, xüsusilə müharibə veteranlarımızın, qazilərimizin sağlamlığının keşiyində durmaqla əsl qəhrəmanlıq nümunəsidir.

Vətən yolunda sağlamlığını itirmiş, həyatını risqə atmış minlərlə igidimizin fiziki və psixoloji reabilitasiyasında sizin əvəzsiz rolunuz vardır. Siz yalnız müalicə etmir, həm də ümid bəxş edirsiniz.

Əziz həkimlər! Sizin mərhəmətiniz, humanistliyiniz, peşəkarlığınız bizim üçün qürur mənbəyidir. Hər birinizə möhkəm can sağlığı, ailə səadəti və gərəkli, dəyərli əməyinizdə uğurlar arzulayıram!

Qoy ağ xalatınız daim pak, əliniz şəfa, qəlbiniz isə mərhəmət dolu olsun!

Bayramınız mübarək olsun!

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: