İsmayıllıda şəhid tabor komandiri Çingiz Bağırovun xatirəsi anılıb

Bu gün – 12 iyun 2025-ci il tarixində, Vətən uğrunda canından keçmiş qəhrəman tabor komandiri, şəhid Çingiz Kərim oğlu Bağırovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Yüksək səviyyədə təşkil olunan tədbirdə rayon və kənd icra strukturlarının nümayəndələri, məktəb kollektivi, ictimaiyyətin fəal üzvləri, şəhidin yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Anım mərasimi şəhidin məzarının ziyarəti ilə başlayıb. Burada şəhidin ruhuna dualar oxunub, məzarına gül dəstələri düzülüb. Daha sonra tədbir Şəhidin adına olan bulağın çevrəsində davam etdirilib. Çıxış edənlər şəhid Çingiz Bağırovun Vətən müharibəsində göstərdiyi igidlikdən, tabor komandiri kimi keçdiyi şərəfli döyüş yolundan və yüksək insani keyfiyyətlərindən danışıblar.

Məktəblilərin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilib, şəhidin xatirəsinə həsr olunmuş musiqi nömrələri təqdim olunub. Tədbir iştirakçıları şəhidlərin Vətənin azadlığı uğrunda keçdikləri müqəddəs yolun heç vaxt unudulmayacağını, onların adlarının daim ehtiramla yad ediləcəyini bildiriblər.

Tədbirin sonunda AVMVİB-nin İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli çıxış edərək qeyd edib:
“Şəhidlik ən uca zirvədir. Qəhrəman şəhidimiz Çingiz Bağırov kimi igidlərimizin sayəsində bu gün azad torpaqlarda başımız dik, alnımız açıq yaşayırıq. Onların xatirəsini yaşatmaq bizim həm borcumuz, həm də müqəddəs vəzifəmizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!”

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-06-12-at-22-10-17 87654567 WhatsApp Image 2025 06 12 at 13.42.57 (1) WhatsApp Image 2025 06 12 at 13.42.57 WhatsApp Image 2025 06 12 at 13.42.56 (3) WhatsApp Image 2025 06 12 at 13.42.56 (2) WhatsApp Image 2025 06 12 at 13.42.56 (1) WhatsApp Image 2025 06 12 at 13.42.55
Bu xəbəri paylaşın: