Lənkəranda Milli Qurtuluş Gününə həsr olunmuş «Qürur verən gün» adlı tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Lənkəran şəhər şöbəsi tərəfindən 15 iyun 2025-ci il tarixində Veteranlar Klubunda Milli Qurtuluş Gününə həsr olunmuş «Qürur verən gün» adlı tədbir təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizi bir dəqiqəlik sükutla yad edərək, Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün qoyduğu müstəqil dövlətçilik mirasını vurğulayaraq, bu mirası qorumağın və inkişaf etdirməyin hər bir vətəndaşın məsuliyyəti olduğunu bildirdilər.

Tədbirin sonunda Ulu Öndərin ideyalarına sadiq qalmağı, azad və suveren Azərbaycanın daha da irəliləməsi üçün birlikdə çalışmaq lazım olduğunu qeyd etdilər. Hər kəs Ulu Öndərə baş əyərək, onun xatirəsini ehtiramla yad etdi və gələcək nəsillərə daha güclü bir Azərbaycan miras qoymağı öz üzərlərinə borc bildilər.

Tədbir xatirə şəkli ilə başa çatıb.

AVMVİB-in Mətbuat xidməti

7tf56ghj

8f6ghj

987567

Bu xəbəri paylaşın: