Daşaltı şəhidlərinin məzarı ziyarət olunub

Daşaltı əməliyyatının 32-ci ildönümü ilə əlaqədar 26 yanvar 2024-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyəti, o cümlədən AVMVİB-in Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri və fəal üzvləri, şəhid ailələrinin üzvləri, qazilər və veteranlar Şəhidlər xiyabanını ziyarət etmişlər.

Ziyarət çərçivəsində AVMVİB üzvləri 1992-ci il yanvarın 25-26-da Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan hərbçilərimizin məzarları önünə gül dəstələri düzmüş, onların ruhuna dualar oxumuş və əziz xatirələrini yad etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

AVMVİB Mətbuat xidməti

JcosO8l.md.jpg JcosvuS.md.jpg Jcos8w7.md.jpg Jcosk92.md.jpg JcosSt9.md.jpg Jcosgne.md.jpg JcosrMu.md.jpg Jcos46b.md.jpg JcosPFj.md.jpg Jcosicx.md.jpg Jcoss8Q.md.jpg JcosQ9V.md.jpg JcostwP.md.jpg JcosDt1.md.jpg
Bu xəbəri paylaşın: