Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, qazi və qazi atası Füzüli Rzaquliyev “2 fevral – Gənclər günü” münasibəti ilə gənclərimizi təbrik etdi.
F.Rzaquliyev gənclərin 44 günlük müharibədə göstədiyi əzmkarlıqdan söz açaraq onların göstərdiyi şücaəti yüksək qiymətləndirərək bildirdi ki, gələcəyimiz əmin əllərdədir.
Övladı, qazi İlkin Rzaquliyev ilə birlikdə səngərdə çiyin-çiyinə dayanan qocaman döyşüçü gənclərimizin səngərdəki vətəpərvərliyindən qürurlandığını, Vətəni sevən gənclərin ən ali amalları uğrunda canlarını fəda etməyə hazır olmalarından təsirləndiyini dilə gətirdi.
Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncini təbrik edən Füzüli Rzaquliyev onların haqlı olaraq öz Vətəni ilə fəxr etdiyini, bunun üçün milli ruh, milli ləyaqət, vətənpərvərlik və Azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşməyin vacibliyini vurğuladı.
Sonda qocaman döyüşçü «Vətən uğurunda döyüşmək adı gələndə mən də gənc oluram » fikirni bizlə bölüşdü.
Gəclərimizə Bütöv Azərbaycan diləyirəm.Əziz gənclər, bayramınız mübarək!