AVMVİB Fransa polisinin dinc xalqa qarşı törətdiyi zorakılığı pislədi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ötən həftə Fransa polisinin Korsika xalqının iradəsini sındırmaq məqsədi ilə bir qrup fəal insana qarşı həyata keçirdiyi amansız zorakılığını qətiyyətlə pislədiyinə dair bəyanat yaymışdır.

Bəyanatda deyilir:

«Demokratiyanın beşiyi hesab olunan Fransada əsas insan hüquq və azadlıqlarının amansız şəkildə təqib olunması hazırkı hökumətin əsil mahiyyətini bir daha ortaya çıxarır. Özlərini Fransanın əsarəti altında hiss edən Korsika xalqına və onların iradəsini ifadə edən «Nazione» hərəkatının tərəfdarına qarşı tətbiq edilən zorakı tədbirləri və təqibləri müstəmləkə xislətini qoruyub saxlayan hazırkı hökumətin işğal altında saxladığı xalqın iradə azadlığına qarşı atılan və demokratiyanın təməl prinsiplərin pozulması ilə müşayiət olunan zorakı əməllərini qətiyyətlə pisləyir, eyni zamanda, Korsika xalqının müstəqillik uğrunda mübarizəsini dəstəkləyir və Fransa hökumətindən təqiblərə son qoymasını tələb edirik. Biz inanırıq ki, Fransa polisin heç bir hüquqi əsası olmayan qanunsuz təqibləri Korsika xalqının istiqlaliyyət uğrunda mübarizəsini əsla sındıra bilməyəcək.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: